Selenium bədənimiz üçün vacib mineraldır. Selenium insanlarda orqanizmi oksidatif zədələrdən qoruyan qlutatyon peroksidazlar, iodotironin deiodinazlar, tiyoredoksin reduktaza və selenoprotein P daxil olmaqla bir çox metabolik prosesdə rol oynayır. Qlutatyon peroksidaz və tiyoredoksin reduktaza fermentlərinin tərkibində olması səbəbindən DNA və digər hüceyrə strukturlarını oksidatif zədələrdən qoruyur. Oksidatif stressin yaşla artdığı və yaşlanmanın çox vaxt qeyri-kafi qida qəbulu, azalmış fiziki fəaliyyət və ya ciddi xəstəliklər nəticəsində selenium çatışmazlığı ilə xarakterizə olunduğu məlumdur. Sağlamlığı qorumaq, xəstəliklərin qarşısını almaq və yaşlanma prosesini yavaşlatmaq üçün gündəlik kifayət qədər selenium qəbulu vacibdir. İnsanlarda seleniumun qidadan alınan funksiyaları, selenosistein tərkibli selenoproteinlər vasitəsilə təmin olunur. Gündəlik Diyetdə Se qəbulunun, istehlak olunan qida miqdarı və qidaların Se konsentrasiyasından asılı olduğuna diqqət yetirilməlidir.

Seleniumun Tiroid Xəstəlikləri ilə Əlaqəsi
Tiroid hormon sisteminin tənzimlənməsində yodla birlikdə seleniumun da vacib rolu olduğu məlumdur. Hormon sintezində iştirak edən iyodotironin deiyodinaz (DIO) ferment sistemi işləməsi üçün, tiroid hormonlarının sintezi və saxlanması üçün selenium lazımdır. Tiroid xəstələrinin qan analizlərində TSH, T3 və T4 nisbətləri normal aralıqda olsa da, tiroid hormonlarının bədəndə istifadə oluna bilməsi üçün bəzi minerallara ehtiyac var. Tiroid hormonlarının bədəndə aktiv forması T3 formasıdır və qaraciyərdə T4 hormonundan çevrilməklə əmələ gəlir. Bu çevrilmədə Selenium və Sink rol oynayır. İmmunitet sistemini stimullaşdıran Hashimoto Tiroid xəstəliyində iltihab əlamətlərini azaltmaq üçün seleniumun antioksidant təsirindən istifadə olunur.
Selenyum və Ürək Xəstəlikləri
İltihab, koronar ürək xəstəliyi üçün bir risk faktorudur. Oksidativ zədələnmə müxtəlif xroniki xəstəliklərlə, o cümlədən kardiyovaskulyar xəstəliklərlə (CVD) əlaqəlidir. Selinium yalnız iltihabı azaltmır, həm də orqanizmdə hüceyrə zədələnməsinə səbəb olan sərbəst radikallar və antioksidantların tarazsız olduğu oksidativ stresi də yüngülləşdirə bilər.
Selenyum və Depressiya
Tədqiqatlar göstərib ki, oksidləşdirici stres depressiyaya təsir göstərə bilər. Qlutatyon antioksidant sistemi əhval-ruhiyyə pozğunluqlarının patofiziologiyasında rol oynayır. Selenin kifayət qədər qəbulu da beyin funksiyasının qorunması üçün vacibdir.
Selenuim və Xərçəng
Seleniumun xərçəngin yaranma və inkişaf mərhələlərini əngəllədiyini və hədəf hüceyrələrdə çoxalma sürətini azaltdığını göstərən tapıntılar var. Seleniumun antioksidantlarla qarşılıqlı təsiri sayəsində kemoterapevtik vasitələrlə sinergetik təsir göstərdiyi və antineoplastik dərmanların terapevtik təsirini artırdığı bildirilib.
Selenyum Astma Əlamətləri ilə Mübarizə Aparır
Allergik astma xroniki iltihabi bir xəstəlikdir. Seliniumun anti-iltihabi təsirləri bu mineralların astma simptomlarını azaltmağa kömək edə biləcəyini göstərir. Aparılan tədqiqatlarda astması olan insanların aşağı selinium səviyyələrinə malik olduğu müəyyən edilib. Selinium əlavəsi ilə xroniki astmaya bağlı yaranan ağciyər simptomlarında azalma müşahidə olunub.
Seleniumun İmmunitet Sisteminə Təsiri
Antioksidant vitamin və minerallar immun sistemimizin funksiyasında rol oynayır. Selenium minerali immun sistemimizdə təsirli antioksidant olan Glutatyon Peroksidaz fermentinin tərkibində yerləşir. Selenium həmçinin immun sistemimizdə rol oynayan hüceyrələrin aktivləşməsində də iştirak edir. Ona görə də Selenium çatışmazlığı zamanı bədənimiz toksik təsir yaradan maddələri aradan qaldırmaqda çatışmazlıq göstərir. Immun sistemimizi gücləndirmək üçün diyetlə birlikdə Selenium qəbul etmək və mineralı əlavələr şəklində istifadə etmək tövsiyə olunur.
Selenuim Əksliyində Hansı Əlamətlər Görülə bilər?
• Ağızda Metal Dad
• Həssas Dırnaqlar
• Diş Çürümələri
• Ürəkbulanma kimi Mədə və Bağırsaq Problemləri
• Yorğunluq
• Hirs
• Dəri üzərində Lyezonlar və Döküntülər
• Saç tökülməsi
Selenyum mənbələri hansılardır?
Selenium (Se) Braziliya fındığı, quş əti, balıq, taxıl və yumurtalarda olan bir mineraldır.
• 30 qr Braziliya Qozu 540 mcg,
• 90 qr Tuna Balığı 90 mcg,
• 90 q Halibut balığı 47 mcg,
• 1 stəkan qəhvəyi düyü 19 mcg,
• 1 böyük yumurta 15 mcg Selenyum ehtiva edir.
Gündəlik Nə Qədər Selenyum Almalıyıq?
14 yaşdan yuxarı böyüklər üçün tövsiyə edilən gündəlik Selenyum qəbul miqdarı 55 mikroqramdır. Amma bu rəqəm hamilə qadınlar üçün 60 mikroqrama, süd verən qadınlar üçün isə 70 mikroqrama qədər çıxır. Tiroid xəstəliklərində selenyum əlavəsi və doza qərarı həkim tərəfindən fərdi şəkildə qiymətləndirilməlidir; rutinin istifadəsi tövsiyə edilə bilməz. Crohn xəstəliyi, HIV və ya dializ tələb edən böyrək xəstəlikləri kimi hallarda Selenyum qəbulu azala bilər. Buna görə də daha yüksək dozalara ehtiyac ola bilər.
Görüşdən əvvəl suallar
Məlumatın sağlamlıq tarixçəniz, dərmanlarınız və müayinələrinizlə əlaqəsini müzakirə edin. Simptomun səbəbi necə araşdırılacaq, hansı dəyişiklik izlənəcək və təkrar qiymətləndirmə nə vaxt olacaq? Tək simptom və ya internet yazısı diaqnoz qoymur.
Əlaqəli mənbələr
Mənbələr mövzu haqqında məlumat verir, fərdi müalicə tövsiyəsi deyil.