
Konstipasiya yəni qəbizlik, təsirlənənlərin həyat keyfiyyətinə ciddi təsir göstərə bilən yayılmış bir vəziyyətdir. Müalicənin əsas üsulları; pəhriz və həyat tərzi müdaxilələri, dərman müalicəsi və nadir hallarda cərrahi yoldur. Qəbizlik nizamsız aralıqlarla nəcis ifraz etməkdə çətinlik və yetərsiz nəcis ifrazına bağlı narazılıq kimi təsvir edilə bilər.
Konstipasiya yəni qəbizlik, təsirlənənlərin həyat keyfiyyətinə ciddi təsir göstərə bilən yayılmış bir vəziyyətdir. Müalicənin əsas üsulları; pəhriz və həyat tərzi müdaxilələri, dərman müalicəsi və nadir hallarda cərrahi yoldur. Qəbizlik nizamsız aralıqlarla nəcis ifraz etməkdə çətinlik və yetərsiz nəcis ifrazına bağlı narazılıq kimi təsvir edilə bilər.
Qəbizliyin düzgün müəyyən edilməsi çox önəmlidir
Aşağıdakı hallar qəbizlik kimi təsnif edilə bilər
• 3-dən az sayda defekasiya
• Zorla hərəkət edərək nəcis
• Sərt və ya iri parçalar şəklində nəcis
• Rektumda defekasiyanı əngəlləyən tıxanıqlıq varmış kimi hiss etmək
Qəbzliyə Səbəb Ola Bilən Xəstəliklər
• Bağırsaq tıxanması
• İrritabl bağırsaq sindromu
• Divertikulyar xəstəlik
• Susuzlaşma
• Hipotireoziya
• Neyromuskulyar xəstəliklər
• Anoreksiya
• Hiperkalsemi
Qəbizlik yarada biləcək dərmanlar
• Opioid ağrıkəsicilər
• Antimuskarinik təsirə malik dərmanlar (Trisiklik/SSRI/SNRI antidepresanlar, anti-parkinson dərmanlar, antihistaminlər xüsusən sedativ təsiri güclü olan köhnə nəsil xlorfenamin, prometazin kimi)
• Kalsium duzları (Bəzi antiasitlər və fosfat bağlayıcıları)
• Alüminium duzları (Çoxu antasitlərdə)
• Dəmir preparatları
• Kalsium kanal blokatorları
• Fenotiazinlər
• Steroid olmayan iltihabəleyhinə dərmanlar (çox vaxt ishala səbəb olduğunu yadda saxlamaq lazımdır)
• 5HT3 antagonist dərmanlar (ondansetron və s.)
Qəbizliyin müalicə addımları
• Əsas səbəb varsa, düzəldilməsi
• Həyat tərzi dəyişikliyi
• Diyetdə lif tərkibini artırmaq
• Yetərli maye qəbulunun təmin edilməsi
• İdman
• Tualet ehtiyacı olmasa da, eyni vaxtda gedərək bir rutin yaratmaq
• Həyat tərzi dəyişikliklərinə baxmayaraq düzəlmirsə, tibbi müalicəyə keçilməsi
Addım 1 : Yüksək Lifli Pəhriz
Qəbizlik yaşayan xəstələr üçün gündə ən az 25-30 qram lif tərkibli, liflə zəngin bir pəhriz tövsiyə olunur. Tədqiqatlar xüsusilə pektinlər, saqqızlar, müsilajlar kimi həll olunan liflərin qəbulunun; yulaf dənəsi, qabıqlı qoz-fındıq, tərəvəzlər və bəzi meyvələr kimi depo polisakkaritlərin qəbulunun artırılmasını tövsiyə edir. Qəbizlik üçün buğda dənəsi, selüloz, hemiselüloz və lignin kimi həll olunmayan liflərlə bağlı məlumatlar isə qarışıqdır. Xüsusilə həll olunmayan liflərin IBS-C xəstələrində simptomları pisləşdirə biləcəyi müşahidə olunub.
Addım 2 : Yetərli Maye Qəbulu
Bağırsaqlarda hərəkəti asanlaşdırmaq üçün maye qəbulu önəmlidir. Lifli qidaların əmiliminə kömək etmək üçün əvvəlcə su, meyvə və tərəvəz şirələri və şorba kimi digər mayeləri içməlisiniz. Kifayət qədər su içmək, qəbizliyin qarşısını almağa da təsirlidir.
Addım 3 : Fiziki Aktivlik
Mütəmadi idmanın bir çox faydalarından biri bağırsaq hərəkətlərini artırmasıdır. İdeal olaraq, idman hər gün təxminən 30 dəqiqə edilməlidir.
Addım 4 : Əlavə İstifadəsi
Maqnezium
Maqnezium minerali; ozmotik təsirli laksativdir, suyu bağırsaqlara çəkərək rahatlama təmin edir. Su, nəcisərin yumşalmasına kömək edir, bu da keçidini asanlaşdırır. Günlük olaraq 100 mg maqnezium sitrat formasında qəbul edilə bilər.
C vitamini
C vitamini, antioksidant bir vitamindir. Yüksək dozalarda laksatif təsiri var. Mədənin hərəkətliliyini artıraraq həzm prosesini sürətləndirir. Gündəlik 500 mq C vitamini qəbul edilə bilər. Qəbizlik müalicəsində C vitamini dozası ishal olana qədər artırıla bilər.
Probiyotiklər
Həzmi sistemində iltihabı, immun funksiyasını və ürək sağlamlığını tənzimləməyə kömək edən faydalı bakteriyaları əhatə edən probiotiklər; qəbul edildikdə bağırsaq mikrobionomunu yaxşılaşdırırlar. Araşdırmalar; probiotiklərin hamiləlik, bəzi dərmanlar və ya IBS kimi həzm problemləri ilə əlaqəli qəbizliyi aradan qaldıra biləcəyini düşündürür.
IBS-lı 150 nəfərdə aparılmış bir araşdırma göstərib ki, 60 gün boyunca probiotik əlavəsi bağırsağın nizamlı işləməsinə və nəcis konsistensiyasını yaxşılaşdırmağa kömək edir.
Təxminən 500 xərçəng xəstəsi üzərində aparılmış başqa bir tədqiqatda, iştirakçıların 25%-i probiotik qəbul etdikdən sonra qəbizlik və ya ishalda yaxşılaşma bildirmişdir. 100 nəfər üzərində aparılmış 4 həftəlik başqa bir tədqiqatda isə probiotiklərin iştirakçıların 96%-ində kemoterapi səbəbiylə yaranan qəbizliyi yaxşılaşdırdığı aşkar edilmişdir.
Probiyotiklər dəmir əlavələrinin yaratdığı qəbizliyi yaşayanlara faydalı ola bilər. Məsələn, 32 qadınla aparılmış 2 həftəlik bir işdə, hər gün dəmir əlavəsi ilə birlikdə probiyotik qəbul etmənin, plasebo qəbul etməyə nisbətən bağırsaq nizamını və bağırsaq funksiyasını artırdığı müşahidə olunub.
Hansı Probiyotiği Seçməliyik?
Bəzi suşlar digərləri qədər təsirli olmaya biləcəyi üçün, düzgün probiotik seçmək qəbizliyi müalicə etmənin açarıdır. Düzgün probiotik seçimi üçün bağırsaq nəcisin konsistensiyasını yaxşılaşdırdığı göstərilən aşağıdakı bakteri növlərini ehtiva edən əlavələrdən istifadə etməlisiniz.
• Bifidobacterium lactis
• Lactobacillus plantarum
• streptokok termofilus
• Lactobacillus reuteri
• Bifidobacterium longum
Probiyotiklərlə yanaşı; pəhrizinizə soğan, sarımsaq, enginar, hindiba kimi prebiotik qidaları əlavə etməlisiniz.
Xülasə olaraq Qəbizlikdə Qızıl Tövsiyələr
• Qəbizliyin altında yatan səbəbi araşdırın və buna uyğun müalicəyə başlayın
• Lif qəbulunuzu artırın
• Su istehlakına diqqət edin
• Hərəkətli həyata öyrəşin
• Probiyotik istifadəsinə başlayın
• Əlavələrdən dəstək alın
• Həddindən artıq zülal qəbulundan qaçın
Görüşdən əvvəl suallar
Məlumatın sağlamlıq tarixçəniz, dərmanlarınız və müayinələrinizlə əlaqəsini müzakirə edin. Simptomun səbəbi necə araşdırılacaq, hansı dəyişiklik izlənəcək və təkrar qiymətləndirmə nə vaxt olacaq? Tək simptom və ya internet yazısı diaqnoz qoymur.
Əlaqəli mənbələr
Mənbələr mövzu haqqında məlumat verir, fərdi müalicə tövsiyəsi deyil.

